Polşalı MMA çempionu Ukraynada həlak oldu

 18:57 24.07.2022     266

Polşalı MMA döyüşçüsü Tomek Valentek Ukraynada vəfat edib. 

Redaktor.az Polşa MMA Assosiasiyasına istinadən xəbər verir ki, idmançı Rusiya ilə müharibə zamanı Donbassda həlak olub.

O, könüllü olaraq Ukraynada beynəlxalq müdafiə legionunun tərkibində döyüşüb.

Qeyd edək ki, Tomek Valentek Qlivitsedə təşkil edilən ikinci MMA çempionatının qalibi olub.