İtaliya sahillərində 700-dək miqrant xilas edilib

 23:37 24.07.2022     417

İtaliya sahillərində balıqçı gəmisində köməksiz qalan 700-dək miqrant xilas edilib.

Redaktor.az xəbər verir ki, İtaliya Sahil Mühafizə Komandanlığı Kalabriya bölgəsindən 124 dəniz mili uzaqlıqdakı balıqçı gəmisində köməksiz qalan miqrantların xilas edilməsi üçün əməliyyat keçirib. Əməliyyata bir şəxsi gəmi, 3 sahil təhlükəsizlik patrul gəmisi və bir maliyyə polisi patrul gəmisi cəlb olunub. Ümumilikdə 674 miqrant xilas edilərək Kalabriya və Siciliyanın müxtəlif limanlarına çatdırılıb.

Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsində yerləşən Lampeduza adası isə son illərdə Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Təkcə ötən gün adaya 16 kiçik qayığın yan aldığı, buradakı miqrantların sayının isə 522-yə çatdığı bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən