Konqresmenlər ABŞ-ı Ukraynaya hərbi müşavirlər göndərməyə çağırıb

 23:53 24.07.2022     263

Kiyevə səfər edən amerikalı konqresmenlər bildiriblər ki, Vaşinqton Pentaqona silah daşınmasını koordinasiya etmək üçün Ukraynaya hərbi müşavirlər göndərməyə icazə verməlidir.

Redaktor.az-ın “Fox News”a istinadən məlumatına görə, ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Uolts bildirib ki, silaha nəzarətə nail olmağın yeganə yolu Ukraynaya onların ordusuna planlaşdırma və maddi-texniki təchizatda kömək etmək üçün bir sıra məsləhətçilər göndərməkdir.

Nümayəndələr Palatasının üzvü Miki Şerrill də öz növbəsində hesab edir ki, silah tədarükünü əlaqələndirmək və izləmək üçün Ukraynada logistika üzrə şəxslər olmalıdır.