Hindistan Çin ilə sərhəddə S-400 zenit-raket kompleksləri yerləşdirəcək

 10:36 25.07.2022     663

Hindistan Çin ilə sərhəddə S-400 “Triumf” zenit-raket kompleksləri yerləşdirəcək. Onların yaxın 2-3 ay ərzində istifadəyə hazır olacağı bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə “Times of India” qəzeti məlumat yayıb.

Məlumata görə, S-400 zenit-raket komplekslərinin yerləşdirilməsi ilə Hindistanın uzaq məsafədə düşmən qırıcılarını, strateji bombardmançı təyyarələrini, raketlərini və dronlarını aşkarlamaq və məhv etmək qabiliyyəti yüksələcək.