Rusiyanın Ukraynadakı son itkiləri - 180 hərbçi, 8 tank, 1 təyyarə...

 12:27 25.07.2022     471

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 39700 (+ 180) canlı qüvvəsi, 1730 (+8) tankı, 3950 (+8) zirehli döyüş maşını, 876 (+7) artilleriya sistemi, 257 (+2) reaktiv yaylım atəşi sistemi, 116 (+3) havadan müdafiə sistemi, 222 (+1) hərbi təyyarəsi, 188 helikopteri, 719 (+5) dronu, 174 (+4) qanadlı raketi, 15 gəmi/kateri, 2832 (+9) avtomobil texnikası və yanacaq çəni və 73 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya qoşunları ötən gün ən böyük itkisini Kramatorsk istiqamətində verib.

T.İSMAYIL

2