Meksikada yaquar 14 yaşında uşağa hücum etdi

 13:25 25.07.2022     776

Meksikada yerləşən Leon adlı zooparkda yaquar 14 yaşlı yeniyetməyə hücum edib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetmə ayağından zədələnib.

Zooparkının rəhbərliyi tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, yeniyetmə təhlükəsizlik baryerlərini aşıb, yaquarın qəfəsinə yaxınlaşıb.

Nərmin Vüqarqızı