Əhmədinejaddan maraqlı iddia: “İbrahim peyğəmbər kürd, Zərdüşt peyğəmbər isə “azəri” olub...”

Bu günlərdə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad tərəfdarları arasında etdiyi çıxışlardan birində maraqlı iddia irəli sürüb.
Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
“Biz fəxr etməliyik ki, İbrahim peyğəmbər İranın etnik xalqlarından milliyyətcə kürd, Zərdüşt peyğəmbər isə böyük İranın “azəri” (azərbaycanlı) xalqının nümayəndəsi olub”, - deyə Əhmədinejad bildirib.