Ruslar sığınacaqları bombaladı - İnsanlar dağıntılar altında qaldı - FOTO

 14:42 25.07.2022     588

Ukraynanın Çuquyev şəhərinə rusların raket atəşi nəticəsində iki nəfər yaralanıb, insanlar dağıntılar altında qalıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə feysbukda Xarkov vilayəti üzrə İstintaq İdarəsinin rəisi Sergey Bolvinov məlumat verib. Onun sözlərinə görə, atəş nəticəsində mülki şəxslərin zirzəmidə atəşdən gizləndiyi mədəniyyət evi, zabitlər evi və heç kim olmayan boş lisey dağıdılıb. Yaşayış binalarına da ciddi ziyan dəyib.

"İnsanların zirzəmidə gizləndiyi Mədəniyyət Evi faktiki olaraq işğalçılar tərəfindən dağıdılıb. Xilasedicilər artıq 3 nəfəri – 2 qadın, 1 kişini dağıntılar altından çıxarıblar, lakin zirzəmidə hələ də insanlar var idi, bütün xidmətlər fəaliyyətini davam etdirir", - o yazıb. 

Nərmin Vüqarqızı

22222