Türkiyə-Ermənistan sərhədində mina partladı - 1 nəfər yaralandı

 15:58 25.07.2022     2052

Türkiyə-Ermənistan sərhədində minanın partlaması nəticəsində bir nəfər yaralanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.

Bildirilir ki, hadisə Qars vilayətinin Arpaçay rayonunda baş verib. Ermənistan ilə sərhədə bitişik bu ərazidə minalardan təmizləmə işləri aparılıb.

Nərmin Vüqarqızı