Zelenski daha bir məmuru vəzifəsindən azad etdi

 16:32 25.07.2022     3887

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Ruslan Demçenkonu vəzifəsindən azad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.

“Demçenko Ruslan Mixayloviç Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, - deyə Zelenskinin sərəncamında bildirilir.

Sərəncam bu gün imzalanıb, onun işdən çıxarılma səbəbi açıqlanmır.

Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov və baş prokuror İrina Venediktova işdən çıxarılıb.

Vumart və Güvən reklamı Vumart Güvən