Almaniyada Prezident iqamətgahının işıqları söndürüləcək

 17:56 25.07.2022     206

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin iqamətgahı olan Belvyu Sarayı gecələr işıqlandırılmayacaq. Bu qərar elektrik enerjisinə qənaət etmək məqsədilə qəbul edilib.

Redaktor.az mk.ru-ya istinadla xəbər verir ki, bu barədə dövlət başçısının nümayəndəsi məlumat verib.

Almaniyada enerji təchizatı ilə bağlı mövcud çətin vəziyyət şəraitində Belvyu sarayının işıqlandırılması yalnız xüsusi hallarda gecələr yandırılacaq. Məsələn, dövlət səfərləri zamanı.

Enerjiyə qənaətin bir hissəsi olaraq Belvyu Sarayının geotermal üsulla qızdırılması da nəzərdən keçirilir. Hazırda Ştaynmayerin iqamətgahı mərkəzi istilik sistemi ilə qızdırılır və kondisioner olmadığı bildirilir. Elektrik enerjisinin bir hissəsi iqamətgahın damındakı günəş panelləri tərəfindən istehsal olunur.