Yaponiyada qətlə yetirilmiş Baş nazirin xanımı da qəzaya düşdü

Yaponiyanın qətlə yetirilən keçmiş Baş naziri Sindzo Abenin həyat yoldaşı Akienin olduğu avtomobil Tokioda qəzaya düşüb.
Redaktor.az xəbər verir ki, Akie Abeni müşayiət və mühafizə edən polis diqqətsizlik səbəbindən onun avtomobilinə çarpılıb. Hadisə nəticəsində Akie Abe də daxil olmaqla heç kim xəsarət almayıb.
Qeyd edək ki, Sindzo Abe bu il iyulun 8-də Nara əyalətində seçkiqabağı mitinqdə çıxışı zamanı güllənərək ölümcül yaralanıb.
O hospitalda vəfat edib.
Onun qətlə yetirməkdə şübhəli bilinən 41 yaşlı Tetsuya Yamaqami həbs edilib.