Zelenski xüsusi təyinatlı qüvvələrin komandanını işdən çıxardı

 21:47 25.07.2022     476

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı Qriqori Qalaqaqanı vəzifəsindən azad edib.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zelenski müvafiq fərman imzalayıb.

Qriqori Qalaqan 2020-ci ilin avqustundan bu vəzifəni icra edirdi.

Digər bir qərarla Viktor Xorenko Ukrayna xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edilib.