Kanadada atışma zamanı bir neçə nəfər öldürüldü

Kanadanın Britaniya Kolumbiyası əyalətində naməlum şəxs evsizlərə atəş açıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, atışma Vankuver yaxınlığındakı Lenqli şəhərində səhər saatlarında baş verib.
Yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib.
Kanada Polisinin sözçüsü atışma zamanı bir neçə nəfərin həlak olduğunu bildirib.
Lakin o, neçə nəfərin yaralandığını və neçə nəfərin öldüyünü dəqiqləşdirməyib. Qeyd edilir ki, qurbanlar evsiz insanlardır.
Şübhəli şəxs saxlanılıb.



