Ermənistandan konkret addımlar gözləyirik - Ərdoğan

 23:14 25.07.2022     197

"Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözləyirik".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə açıqlamasında deyib.

"Əvvəldən bizim "qırmızı xətt"imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var", - Ərdoğan qeyd edib.

Türkiyə lideri vurğulayıb ki, ölkəsi Ermənistanla yanaşmanı Azərbaycanla razılaşdıraraq inkişaf etdirir.