Blinken Paşinyanla regionda sülh prosesini müzakirə etdi

 23:55 25.07.2022     503

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Blinken tviter hesabında yazıb.

Blinken bildirib ki, Ermınistanın Baş naziri Nikol Paşinyan ilə Ermənistan və Azərbaycanın regionda sülhə nail olmaq üçün tarixi imkanlara sahib olması barədə səmərəli müzakirəsi olub: "Mən Ermənistanın Azərbaycan və Türkiyə ilə irəliyə doğru atdığı müsbət addımları yüksək qiymətləndirirəm. Region ölkələri arasında müzakirələr Cənubi Qafqazda davamlı sülhün açarıdır", Dövlət katibi vurğulayıb.