İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlandı

İtaliyada Azərbaycan vətəndaşının meyiti aşkarlanıb.
Redaktor.az xəbər verir ki, İtaliya mətbuatılnda yayılan məlumata görə, hadisə Terni şəhərində baş verib. Adı açıqlanmayan 52 yaşlı Azərbaycan vətəndaşı Sant-Anyezedə mənzilində ölü vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.