Ukraynalılar Rusiyanın daha bir hərbi təyyarəsini MƏHV ETDİ

 10:34 26.07.2022     458

Ukraynada Rusiyaya məxsus daha bir hərbi təyyarə vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmənin daha bir Su-25 təyyarəsi 25-ci hava-desant briqadasının havadan müdafiə dəstəsinin sayəsində məhv edildi!

Paraşütçülər işğalçıları əzməyə davam edəcəklərini vəd edirlər!", - deyə Baş Qərargahın paylaşımında deyilir.

T.İSMAYIL