Rusiyanın Ukraynadakı son itkiləri -  170 hərbçi, 7 tank, 1 helikopter...

 11:14 26.07.2022     171

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 39 870 (+ 170) canlı qüvvəsi, 1737 (+7) tankı, 3959 (+9) zirehli döyüş maşını, 880 (+4) artilleriya sistemi, 258 (+1) reaktiv yaylım atəşi sistemi, 117 (+1) havadan müdafiə sistemi, 222 (+1) hərbi təyyarəsi, 189 (+1) helikopteri, 733 (+3) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2835 (+3) avtomobil texnikası və yanacaq çəni və 75 (+2) xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

İLTİFAT