İranda yüksək rütbəli polis ÖLDÜRÜLDÜ

 11:52 26.07.2022     153

İranın Kirman əyalətində polislə yaraqlılar arasında baş verən atışma nəticəsində polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 25-dən 26-na gecə qeydə alınıb.

Ə.Bərzqərpur Kirman polisinin əməkdaşı olub.

Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır (report.az).

2