İranda polis kənd sakinlərinə hücum etdi - VİDEO

 14:52 26.07.2022     106

İranın Bane bölgəsinin kəndlərindən birində polis qüvvələri əkin torpaqlarının sahiblərinə hücum çəkiblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı paylaşım edib.

Qeyd edilib ki, qarşıdurma əhaliyə məxsus kənd təsərrüfatı torpaqlarına icazəsiz, hətta torpaq sahiblərinə dəymiş ziyanı ödəmədən elektrik dirəkləri və dayaqlarının quraşdırılması ilə başlayıb.

Belə ki, elektrik dirəkləri və dayaqlarının quraşdırılması ümumiyyətlə əkin ərazisinin korlanmasına səbəb olur və onu yararsız hala gətirir.

İLTİFAT