İran Ermənistan üçün dərman istehsal edəcək

 15:10 26.07.2022     163

Ermənistanın iqtisadiyyat nazirinin müavini İranın əczaçılıq şirkətlərini dərman preparatlarının Ermənistana ixracı və ya birgə istehsalı məqsədilə şəraitin təmin edilməsi üçün öz məhsullarının siyahısını İrəvana təqdim etməyə çağırıb.

Redaktor.az “İran Economist”ə istinadən xəbər verir ki, Tehranda Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryanın və İranın sənaye nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman Pakın iştirakı ilə sənaye, mədən və ticarət üzrə  işçi qrupunun iclası keçirilib.

Görüşdə tərəflər iki ölkənin müştərək komissiyasının son iclasında qəbul edilən qərarların və əldə olunan razılaşmaların icrası məqsədilə yol tikintisi, birgə sənaye məhəllələrinin tikintisi, İranda dərman və tibbi avadanlıqların birgə istehsalı və dərman mübadiləsi yolu ilə İranın Ermənistana mühəndis-texniki xidmətlərinin göstərilməsi, malların mübadiləsi, Cənub-Şimal dəhlizinin gücləndirilməsini məsələlərini müzakirə ediblər.

Görüşün sonunda erməni tərəfi Ermənistanda dərman və tibbi avadanlıqların birgə istehsalını alqışlayaraq, bu addımı beynəlxalq bazarlara çıxış imkanı kimi dəyərləndirib.

İLTİFAT