İrandan Türkiyəyə keçən terrorçular MƏHV EDİLDİ

 15:17 26.07.2022     375

İrandan Türkiyəyə keçən terrorçular öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

Bu haqda öz Tvitter hesabında paylaşım edən nazir biri İran vətəndaşı olmaqla İrandan Türkiyə ərazisinə keçmək istəyən iki terrorçunun jandarma qüvvələri tərəfindən zərərsizləşdirildiyini yazıb.

"Bir daha terrorçulara deyirik ki, təslim olun, yoxsa bu torpaqlar ölüm yeriniz olacaq!", -deyə Soylu paylaşımında qeyd edib.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən