İstanbulda taxıl koordinasiya mərkəzi fəaliyyətə  BAŞLADI

 19:30 26.07.2022     148

Ukraynadan taxıl ixracını bərpa etmək üçün imzalanan saziş çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzi İstanbulda öz işinə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, Rusiyanın Mərkəzdəki nümayəndə heyəti bu gün Türkiyəyə gedəcək və Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə dördtərəfli formatda işə başlayacaq.

Rusiyanın Mərkəzdəki nümayəndə heyətinə kontr-admiral Eduard Luik başçılıq edəcək.

"Rusiya mütəxəssislərinin Mərkəzdəki əsas vəzifəsi təşəbbüsün praktiki icra mərhələsinə keçməsi üçün bütün zəruri məsələlərin operativ həlli olacaq", - Müdafiə Nazirliyi bildirib.