Jurnalistikadan hakimiyyətə gələn Paşinyan jurnalistləri döydürür - VİDEO

 19:34 26.07.2022     294

2022-ci ilin ikinci rübündə Ermənistanda media nümayəndələrinə qarşı fiziki zorakılıq hallarının sayı kəskin artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın Söz Azadlığının Müdafiəsi Komitəsi məlumat yayıb.

Məlumata görə, qeyd olunan müddət ərzində 12 jurnalist fiziki zorakılığa məruz qalıb. Onlardan 11-i müxalifət aksiyaları zamanı, biri parlamentdə qeydə alınıb.

Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.