Almaniyanın keçmiş kansleri Rusiyaya dincəlməyə gəldi - Putinlə görüşəcək

 19:59 26.07.2022     276

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Moskvaya səfərə gəlib.

Redaktor.az xəbər verir ki, o, Moskvaya tətilə gəldiyini bildirib.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Şröderlə Putin arasında təmaslar istisna edilmir.

“Bizim bildiyimizə görə, o, həqiqətən də Moskvadadır. Hələlik görüşlər yoxdur, lakin biz təmasları istisna etmirik”, - Peskov bildirib.

Keçmiş kansler “Qazprom”un baş ofisinin yaxınlığındakı oteldə qalıb. “Bir neçə gündür ki, tətildəyəm. Moskva gözəl şəhərdir”, - deyə Şröder Almaniyanın NTV telekanalının müxbirinə bildirib. 

Peskovun sözlərinə görə, indi Putin Şröderlə kansler olduğu vaxtdan daha az əlaqə saxlayır.

"Spiegel" nəşri yazıb ki, Şröder Moskvada enerji ilə bağlı danışıqlar aparır,

Şröderin 77 yaşı var. 1998-2005-ci illərdə Almaniya Federativ Respublikasının kansleri olub. 2006-cı ildən Şröder “Nord Stream AG” (Şimal axını) Səhmdarlar Komitəsinin sədri, 2017-ci ildən “Rosneft”in Direktorlar Şurasının sədridir. Ukraynada müharibə başlayandan sonra o, Rusiya şirkətlərindəki vəzifələrindən imtina edib.