Berlində bütün üzgüçülük hovuzları bağlanacaq

 21:30 26.07.2022     268

Berlində qaza qənaət etmək üçün bütün üzgüçülük hovuzlarının bağlanması müzakirə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.

Yanacaq çatışmazlığı problemini nəzərə alan Berlin Ticarət Sənaye Palatası (IHK) hesab edir ki, hazırda daha çox qənaət etmək gərəkdir. 

“Biz hovuzları bağlamalı və insanlara deməliyik: Qaza qənaət eləmək üçün gedin göllərdə çimin”, - qurumun baş direktoru Yan Eder “RBB Inforadio”ya deyib.

Bundan əvvəl Almaniya Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirib ki, Almaniyanın qaz anbarlarında çox az yanacaq var və bu, qış mövsümündən çıxmaq üçün kifayət deyil. Buna görə də almanlar onun istehlakını azaltmağa məcbur olurlar. Qənaət tədbirləri sırasında daha sürətli və daha az yuyunma kimi qərarlar da var.