Ukraynalı pilotlar ABŞ qırıcıları ilə təlim keçəcək 

 22:14 26.07.2022     259

Ukrayna ordusunun pilotları Amerikanın F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcəklər. 

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat bildirib.

Təlim 2023-cü ilə planlaşdırılıb. Təlimlər üçün büdcə ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiq edilib, bunun üçün 100 milyon dollar ayrılacaq.

Qeyd edək ki, dünən ABŞ Müdafiə Nazirliyi Ukraynaya qırıcıların verilməsi ilə bağlı müzakirələr aparıldığını, ancaq bunun yaxın müddətdə baş tutmayacağını bildirib.