Conson Zelenskiyə Çörçill mükafatını təqdim etdi

 22:45 26.07.2022     292

Böyük Britaniyanın səlahiyyət müddəti başa çatmaqda olan baş naziri Boris Conson Uinston Çörçill adına beynəlxalq mükafatı Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, rəsmi mərasim bu gün Consonun Dauninq küçəsindəki iqamətgahında keçirilib.

Britaniya hökuməti başçısı ofisinin yaydığı xəbərə görə, Zelenski tədbirdə videobağlantı vasitəsilə iştirak edib.

Qeyd edək ki, sözügedən mükafat müharibə dövrünün liderlik keyfiyyətləri nümayiş etdirən şəxslərə verilir.