Putin "Bayraktar"a müştəri çıxdı

 23:15 26.07.2022     422

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və BƏƏ-nin “Bayraktar” pilotsuz uçan aparatlarının istehsalı sahəsində əməkdaşlıq qurmaq istəyini bildirib.

Redaktor.az xəbər verir ki, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin iclasında “Baykar Makina”nın yeni müştəriləri - Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən danışıb.

Belə ki, Rusiya Prezidenti Vladimir Putin ona Rusiyanın PUA istehsalı sahəsində əməkdaşlıq etmək istədiyini qeyd edib. BƏƏ artıq “Baykar Makina” zavodunun yaradılması təklifi ilə çıxış edib. Bundan başqa, Səudiyyə Ərəbistanı Türkiyənin “Akıncı” pilotsuz təyyarələrinə maraq göstərir.