Zelenski Rusiyanın itkilərini AÇIQLADI

 09:35 27.07.2022     140

Ukraynanın tammiqyaslı işğalına başlayandan bəri Rusiya ordusu 40 minə yaxın əsgərini itirib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

“Artıq dörd aydır ki, Rusiya öz vətəndaşlarına işğalçı kontingentin itkiləri ilə bağlı heç bir məlumat vermir. Tam sükut. Siyasi və hərbi səviyyədə çoxsaylı müsahibə və çıxışlarda heç nə deyilmir. Bu rəqəm artıq 40 minə yaxındır", - Zelenski deyib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.