Rusiyanın Ukraynadakı canlı qüvvvə itkisi 40 mini KEÇDİ

 10:54 27.07.2022     677

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 40070 (+200) canlı qüvvəsi, 1738 (+1) tankı, 3971 (+12) zirehli döyüş maşını, 883 (+3) artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 (+1) havadan müdafiə sistemi, 222 hərbi təyyarəsi, 190 (+1) helikopteri, 726 (+4) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2847 (+12) avtomobil texnikası və yanacaq çəni və 75 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya ötən gün ən çox itkini Kryvyi Rih istiqamətində verib.

T.İSMAYIL

2