Türkiyənin bu ölkədəki Baş Konsulluğuna hücum oldu

 13:51 27.07.2022     335

Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hücumu pisləyib: “BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.

Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.