"ABŞ buna izahat verməlidir"

 15:32 27.07.2022     283

“İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100”ə müsahibəsində deyib.

“PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. Biz həmişə deyirik ki, terror təşkilatları həm İraq, həm də bizim üçün təhdiddir. Əgər yerli rejim terrorla mübarizəni bacarmırsa, biz bunu edərik. İraq hakimiyyəti terrorla uğurlu mübarizə apara bilmir. Təxribatların davam etməsinin səbəbi də budur”, - deyə nazir bildirib.

M.Çavuşoğlu deyib ki, Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir.

“Onlar terrorçuları ərazidən çıxarmalı idilər. Amma bunu etmədilər. ABŞ hələ silah dəstəyini davam etdirir. ABŞ buna izahat verməlidir”, - deyə o, bildirib.