İran britaniyalı ekoloqu girov qarşılığında azadlığa buraxdı

 17:18 27.07.2022     360

Tehran İran əsilli Böyük Birtaniyadan olan ekoloq Murad Taxbazı girov qarşılığında sərbəst buraxıb.

Redaktor.az xəbər verir ki, bu barədə Murad Taxbazın vəkili Höccət Kermani bildirib.

“Taxbaz girov qarşılığında elektron qolbaqla sərbəst buraxılıb”, - vəkil qeyd edib.

Məlumata görə, Murad Taxbaz həm də ABŞ vətəndaşıdır.

Qeyd edək ki, 2018-ci ildə “İranın milli təhlükəsizliyini təhdidə” görə 8 nəfər - Nillufər Bayani, Tahir Qadirian, Əmir Hüseyn Xaleqi, Human Coukar, Sepideh Kaşani, Abdulrza Kuhpaye, Sem Rəcəbi və Murad Taxbaz həbs edilmişdi. Bu ekoloqlar nəsli kəsilməkdə olan Asiya çitasını araşdırırmışlar. Bu növdən İranda 50 baş qalıb (report.az).