Avropa Gənclər Olimpiya Festivalında ilk qızıl medalımız cudodan gəldi

 18:55 27.07.2022     151

Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, 57 kq-da çıxış edən idmançı finalda niderlandlı Yuliya Berskensə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Azərbaycanın EYOF-da ilk qızıl medalı olub.

52 kq çəki dərəcəsindəki Aydan Vəliyeva isə bürünc medal uğrunda qarşılaşmada böyük britaniyalı Şarlotta Cenmana qalib gəlməklə 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 3 cüdoçusu Avropa Gənclər Olimpiya Festivalında gümüş medal qazanıb.