Türkiyə Silahlı Qüvvələri Suriyada 25 terrorçunu məhv etdi - VİDEO

 22:19 27.07.2022     259

Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçular Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pinarı” antiterror əməliyyatları zonalarında zərərsizləşdirilib.

Həmçinin, PKK terrorçularının Suriya qanadının obyektlərinə kütləvi zərbələr endirilib.

Nazirlikdən terrorçuların hər bir türk əsgərinin ölümünə görə cavab verəcəkləri vurğulanıb.