İraqda parlament binasına basqın olub – VİDEO

 22:33 27.07.2022     288

İraqın paytaxtı Bağdadda Müqtəda Sədrin tərəfdarlarından ibarət bir qrup etirazçı beton baryerləri aşaraq parlament binasına basqın edib.

Redaktor.az "Haber Global"a istinadən Onlar Koordinasiya Qrupu tərəfindən Məhəmməd Şiyə əs-Sudaninin baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı çıxıblar.

Nümayişçilər əvvəlcə Təhrir meydanına toplaşıb, oradan isə parlamentə yürüş ediblər.

Respublika körpüsündən irəliləyərək dövlət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonaya daxil olublar.

Kütləni dağıtmaq üçün təhlükəsizlik qüvvələri gözyaşardıcı qazdan istifadə edib və havaya atəş açıb.