Çexiya “MiQ-29”larını Ukrayna ordusuna tez təhvil vermək istəyir

 09:01 28.07.2022     300

Çexiya hökuməti Slovakiyanın hava məkanını qorumaq tələbi ilə razılaşıb. Bu da öz növbəsində slovakların “MiQ-29” qırıcılarını Ukraynaya verməsinə imkan verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Slovakiya uzun müddətdir davam edən hərbi modernləşdirmə planlarına uyğun olaraq, avqust ayında Rusiya istehsalı olan “MiQ-29” qırıcılarının istifadəsini dayandırmağı planlaşdırdığı üçün NATO müttəfiqlərinə bu tələbi irəli sürüb. Onları ABŞ-dan gələn döyüş təyyarələri əvəz edəcək.

Bununla bağlı Slovakiya hökuməti Rusiyanın hərbi müdaxiləsinə müqavimət göstərmək üçün sovet istehsalı olan təyyarələrini Ukraynaya verməyə hazır olduqlarını qeyd edib. Ölkənin balansında 11 çoxməqsədli MiQ-29 qırıcısı var.

Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, onların ordusu ən azı 2023-cü ilin sonuna qədər Slovakiyanın hava məkanında patrul edəcək. Onlar sentyabr ayından bu işə başlayacaqlar. Polşalıların da iştirak edəcəyi gözlənilir.