Rusiya Ukraynanın bu ərazisinə əlavə birliklər yerləşdirir - Baş Qərargah

 09:39 28.07.2022     365

Rusiya qoşunları Ukraynanın Zaporojye istiqamətinə əlavə birliklər ötürür.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Düşmən Avdeevka, Novopavlovsk və Zaporojye istiqamətlərində aktiv əməliyyatlar keçirməyib. Zaporojye istiqamətində qoşunların qruplaşdırılmasını gücləndirmək üçün əlavə hissələrin köçürülməsini həyata keçirir", - məlumatda deyilir.

Nərmin Vüqarqızı