Ruslar Ukraynanın bu vilayətini yenə raketlə vurdu - VİDEO

 10:13 28.07.2022     574

Ruslar Ukraynanın Çerniqov vilayətini raket atəşinə tutub.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çerniqov Vilayət Hərbi Administrasiyasının sədri Vyaçeslav Çaus öz telegram kanalında məlumat verib.

"Bu gün səhər saatlarında partlayışlar və kilsə səsləri eşidildi. Bu gün Çerniqov vilayətinin ərazisinə 10-dan çox "gəliş" var. Qurbanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir. Bu şəkildə düşmən bizi Ukraynanın Dövlətçilik Günü münasibətilə təbrik edir. Biz minnətdar insanlarıq və buna görə düşmənə mütləq təşəkkür edəcəyik”,- deyə o bildirib.

Nərmin Vüqarqızı