Ukraynada daha 160 işğalçı MƏHV EDİLDİ

 10:24 28.07.2022     400

Rusiya ordusunun Ukraynadakı itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 40230 (+160) canlı qüvvəsi, 1742 (+4) tankı, 3979 (+8) zirehli döyüş maşını, 894 (+11) artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 havadan müdafiə sistemi, 222 hərbi təyyarəsi, 190 helikopteri, 729 (+3) dronu, 174 qanadlı raketi, 15 gəmi/kateri, 2854 (+7) avtomobil texnikası və yanacaq çəni və 75 xüsusi texnikası məhv edilib.

Məlumata görə, Rusiya ötən gün ən böyük itkisini Kryvyi Rih istiqamətində verib.

T.İSMAYIL

2