Ruslar Ukraynada 75 000-dən çox hərbçi itirib

 11:21 28.07.2022     249

“Rusiya ordusu Ukrayna ilə müharibədə 75 000-dən çox hərbçi itirib”.

Redaktor.az “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı amerikalı konqresmen Elissa Slotkin açıqlayıb.

“Bizə verilən məlumata görə, 75 000-dən çox rusiyalı hərbçi zərərsizləşdirilib, yaxud yaralanıb”, - deyə Slotkin söyləyib. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibə zamanı 40 000-dən çox hərbçi itirdiyini açıqlayıb.