Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər

 13:50 28.07.2022     294

Rusiya Avropaya nüvə zərbəsi endirə bilər.

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bu qənaətə Pentaqonun sifarişlərini yerinə yetirən ABŞ mərkəzli araşdırma mərkəzi olan “Rand Corporation”ın analitikləri gəlib.

Bildirilib ki, Rusiya Ukraynadakı münaqişənin “üfüqi eskalasiyasına” gedərək NATO-nun avropalı üzvlərinə sıçratmaqla zərbələr endirmək qərarına gələ bilər.

Qeyd olunub ki, NATO-nun Ukraynadakı müharibəyə birbaşa hərbi müdaxiləsinin qaçılmaz olması Rusiyanı belə bir addım atmağa sövq edə bilər.