ABŞ Rusiyanı terrorizmin sponsoru elan edəcək?

 15:50 28.07.2022     415

Senat ABŞ Dövlət Departamentini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırıb.

Redaktor.az xəbər verir ki, artıq bununla bağlı qətnamə qəbul edilib.

Bildirilir ki, bu qərara səbəb Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrdir.

Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bir müddət əvvəl Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinə dair qətnaməni təsdiqləyib.

Hazırda bu siyahıya dörd ölkə daxildir: Kuba, Şimali Koreya, İran və Suriya.