Putin müdafiə nazirinə yeni müavin təyin etdi - FOTO

 16:46 28.07.2022     370

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar üzrə Baş İdarəsinin rəisi general-polkovnik Viktor Qoremıkin müdafiə nazirinin müavini - RF Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi təyin edilib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Fərman imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, ötən il noyabr ayından bu vəzifə general-polkovnik Gennadi Jidkoya həvalə olunmuşdu.

İLTİFAT

2