Gürcüstanda fabrikdə zəhərlənən işçilərin sayı artır

 20:38 28.07.2022     466

Gürcüstanın Kobuleti şəhərində “Ajara Textile” tikiş fabrikinin xəstəxanaya yerləşdirilən əməkdaşların sayı 50-yə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.

Müəssisənin üç işçisi reanimasiya şöbəsindədir.

Həkimlərin bildirdiyinə görə, pasiyentlərin hamısında eyni simptomlar – ümumi halsızlıq, başgicəllənməsi, ürək bulanması, sürətli ürək döyüntüsü müşahidə edilir.

Zəhərlənməyə nəyin səbəb olduğu hələ dəqiq bilinmir.

Fabrik rəhbərliyi müəssisə ərazisində qaz sızmasının baş verdiyini istisna edir (report).

Vumart və Güvən reklamı Vumart Güvən