Çin lideri Baydeni hədələdi - Odla oynamayın!

 21:04 28.07.2022     210

Xəbər verdiyimiz kimi, Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, Çin tərəfi telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb.

CCTV-nin məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlər və Tayvan mövzularına toxunulub. 

Si Cinpin qeyd edib ki, Çin və ABŞ arasında münasibətləri strateji rəqabət kimi qəbul etmək düzgün deyil, lakin Tayvan məsələsində Çin öz suverenliyini müdafiə etməyə hazırdır. 

"Çin hökumətinin və Çin xalqının “Tayvan məsələsi” ilə bağlı mövqeyi ardıcıl olub və 1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək əzmindədir", - deyə Çin lideri bildirib.

Ölkə başçısı ABŞ-a rəsmən xəbərdarlıq edib: "Odla oyananlar özlərini yandıracaq. Ümid edirik, ABŞ bunu aydın başa düşür".

Qeyd edək ki, Ağ Ev telefon danışığı barədə ətrafı məlumat yaymayıb, yalnız görüşün 2 saat 17 dəqiqə davam etdiyi bildirilib.