Moldovada fövqəladə vəziyyət uzadıldı

Moldova parlamenti fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, belə bir qərar cümə axşamı qanunverici orqanın iclasında qəbul edilib.
“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejimi 2022-ci il avqustun 8-dən 60 gün müddətinə uzadılsın”, – sərəncamda deyilir.
Müxalifət qərara etiraz olaraq iclası boykot edib.
Qeyd edək ki, Moldovada fövqəladə vəziyyət qonşuluqdakı Ukrayna ərazisində gedən müharibə ilə bağlı tətbiq edilib.