"Rusiya Finlandiya və İsveçin cavabını verəcək" - Medvedev hədələdi

Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyü fonunda yaranan təhdidlərə simmetrik cavab verəcək.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Finlandiya və İsveç NATO-nun tərkibində müxtəlif mövqelər tuta bilərlər, bu onların öz işidir. Əgər bu ölkələr öz ərazilərində qırıcı silahlar yerləşdirərlərsə, Rusiyanın da cavabı simmetrik olacaq" - Rusiya rəsmisi bildirib.
Medvedev hər iki ölkənin NATO-ya üzvlüyü fonunda onlarla münasibətlərə yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb (modern.az).